
May 27, 2022 | 11:00 / Mühüm hadisələr
Məlum olduğu kimi, mayın 26-da Bakıda “Teknofest Azərbaycan” festivalına start verilib. Festival çərçivəsində keçirilən sərgidə AMEA üçün də geniş sahəni əhatə edən xüsusi pavilyon ayrılıb.
Tədbirdə AMEA-da aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan rəqabətədözümlü, intellektual texnoloji məhsulları nümayiş etdirmək üçün Akademiyanın 6 elmi-tədqiqat müəssisəsi və akademiyanın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının (YTP) 5 rezidenti iştirak edir.
Qeyd edək ki, “Teknofest” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirilir.