Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Kimya Elmləri üzrə Problem Şurasinin növbəti iclasi keçirilmişdir.
May 25, 2022 | 13:51 / Konfranslar, iclaslar
Oxunub 2159 dəfə

Mayın 25-də akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, hazırda dissertasiya mövzularının aktuallığı, elmi yeniliyi, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verdi. O cümlədən, təklif etdi ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların addlarını yazarkən azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət gördü.

İclasda 2314.01- Neft kimyası, 2316.01- Kimyəvi kinetika və kataliz, 2318.01- Kompozit materialların kimyası və texnologiyası, 2305.01- Nüvə kimyası, 2303.01- Qeyri-üzvi kimya, 2317.01- Nanokimya və nanomateriallar, 2306.01 – Üzvi kimya ixtisasları üzrə 9 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda təqdim edilən 6 dissertasiya mövzusu redaktə olunaraq, 2 dissertasiya mövzusu isə təqdim edildiyi adla Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi. 1 dissertasiya mövzusunun yenidən baxılmaq üçün Elmi şuraya təqdim edilməsi tövsiyyə olundu.

JURNALLAR
Faydalı linklər