Xəbərlər
Alimlər kimyəvi reaksiyaların aparılması üçün qızdırılan termos hazırlayıblar.
May 23, 2022 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1031 dəfə

Rusiya Elmlər Akademiyasının N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun (Moskva) və Sankt-Peterburq Dövlət Universitetinin alimləri kalsium karbidinin daha səmərəli hidroliz   reaksiyasını təmin edən xüsusi tipli “boruda boru” reaktoru hazırlayıblar. Reaktor divarları  toxunmadan biri digərinə keçirilən  xarici və daxili borulardan və neylon  3D printerdə çap olunmuş birləşdirici hissədən ibarətdir. Nəticədə  heç bir xarici istilik mənbəyinə  ehtiyac olmadan,  özünü qızdıran  termos alınır və  - "qızdırıcılar" iki boru arasındakı boşluqda, əslində reaktorun "divarında" yerləşir.

Bu üsul bahalı komponentlər tələb etmir, konstruksiyanın  yığılması və sökülməsi asandır, istilik ötürülməsi idarə edilə bilir, həmçinin reaktivləri  yükləmək və hazır məhsulu çıxarmaq rahatdır.

Borular arasındakı boşluğa müəlliflər kalsium karbid qranullarını yerləşdirdilər,  həlledici və bir az su əlavə edib  qarışdırdılar. Qarışıq qızdırıldı və istilik içəriyə keçdiyinə görə, reagentlər arasında endotermik reaksiyalar başladı. Bütün bunlar termal kamera ilə qeydə alınmış, beləliklə, də cihazın daxilində temperaturun necə yüksəldiyini real vaxt rejimində izləmək mümkün olmuşdur.

Kimyaçılar reaktorda istilik effektinin nə qədər əhəmiyyətli ola biləcəyinin həlledicinin növündən , suyun miqdarından və karbiddən asılı olduğunu müəyyən etdilər. Beləliklə, qurğunun divarında  az su və çoxlu həlledici olan halda , demək olar ki, heç bir istilik əmələ gəlməsi müşahidə edilmir,lakin  suyun miqdarının artması, reaktorda temperaturun 90° C-ə qədər sürətlə (cəmi beş dəqiqə ərzində) artmasına səbəb olur.

Kalsium karbid xarici istilik mənbələri olmadan reaksiyalara başlamağa qadirdir və işlənib hazırlanmış “boruda boru” cihazı onun hidroliz sürətini idarə etməyə kömək edir. Bu, praktik tətbiqlər üçün yeni imkanlar açır və istilik tələb edən bir sıra müxtəlif reaksiyalar üçün faydalı olacaqdır. Həmçinin, konstuksiya  laboratoriya praktikasında istifadə üçün çox əlverişlidir.

https://indicator.ru/chemistry-and-materials/uchenye-pridumali-greyushiisya-termos-dlya-provedeniya-khimicheskikh-reakcii-20-04-2022.htm

 

JURNALLAR
Faydalı linklər