Xəbərlər
Silisium və üzvi maddələr metalı korroziyadan qorumağa kömək edir.
May 17, 2022 | 13:00 / Maraqlı məlumatlar
Oxunub 1243 dəfə

Alimlər silisium  üzvi birləşmə əsasında su keçirməyən materiallar hazırlayıblar: materialın bir neçə təbəqəsi alüminium lövhənin üzərinə çəkildikdə  bir ay ərzində suda saxlanılan zaman  örtük nəmin təsirinə  mane olur. Bu maddədən təyyarə və maşınqayırmada qoruyucu örtük kimi istifadə edilə bilər.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin (Vladivostok), Avtomatlaşdırma və İdarəetmə Prosesləri İnstitutunun, Tomsk Dövlət Universitetinin (Tomsk) və Uzaq Şərq Federal Universitetinin (Vladivostok) rus alimləri xarici həmkarları ilə birlikdə  suyu sərbəst dəf edən material hazırlayıblar və o əlavə sprey ilə işləmə tələb etmir, buna görə aviasiya, avtomobil və bir çox digər texnika sahələri  üçün örtük materialı  kimi istifadə  edilə bilər. Əsas olaraq mütəxəssislər alüminium lövhələrdən  istifadə etdilər, çünki bu material tez-tez təyyarə və avtomobil istehsalında istifadə olunur. Nümunələr xüsusi üzvü silisium birləşmə ilə örtülür və bu örtük suyun səth quruluşuna nüfuz etməsinin qarşısını alır. O, alüminium lövhənin üzərində örtük yaradır və suyu damcı şəklində saxlayır.

Müəlliflər üzvü silisium  tərkibli  maddə ilə örtülmüş üç alüminium lövhə yaratdılar. Bu lövhələr arasındakı fərq qoruyucu təbəqələrin sayında və onların səthə  cəkmə müddətində idi. Hər bir nümunə bir ay ərzində suya salınmış, lövhələrdə baş verən korroziya əlamətləri  müşahidə edilmişdir. Məlum olmuşdur ki, rütubət bir neçə təbəqədən ibarət olan örtük istisna olmaqla, o biri örtüklərə nüfuz etmişdir.

İnsan fəaliyyətinin bir çox sahələri var ki, hidrofob  və korroziyaya davamlı materiallara təcili ehtiyac var, məsələn, təyyarə və maşınqayırmada və ya tibbdə implantların istehsalında. Tədqiqat təklif olunan örtüyün praktikada tətbiqinə daha çox   təkan verir, çünki  lövhənin üzərindəki örtüyə yığılan su içəri nüfuz etmir, bu da metalı korroziyadan qoruyur, yəni problem həll olunur.

Rusiya Elm Fondunun (RET) qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Materials jurnalında dərc olunub.

 https://indicator.ru/chemistry-and-materials/kremnii-i-organika-pomogli-zashitit-metall-ot-korrozii-15-04-2022.htm

JURNALLAR
Faydalı linklər