Xəbərlər
AMEA KQKİ-nin nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının bazasında yaradılmış BFD 1.15 birdəfəlik Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilib.
Apr 29, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 1612 dəfə

29 aprel 2022-ci il tarixində AMEA KQKİ-nin nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının bazasında yaradılmış BFD 1.15 birdəfəlik Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 20-i (distant və əyani formada) iştirak etmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı İbrahimova Nigar Ziya qızının 2316.01 "Kimyəvi kinetika və kataliz" və 2303.01 – "Qeyri-üzvi kimya" ixtisaslarında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Polimetilferrosen/polimetilferrisinium sistemlərində elektron mübadilə reaksiyalarıının kinetikasının tədqiqi və onlar əsasında yeni elektrokimyəvi müqayisə elektrodunun hazırlanması” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın akad. M.Nağıyev adına KQÜKİ, laboratoriya müdiri, AMEA-nın həqiqi üzvü, t.e.d., prof. Ağadadaş Əliyev ; Bakı Dövlət Universitetinin “Fiziki və koloid kimya kafedrası” nın müdiri, k.e.d., prof. Eldar İsa oğlu Əhmədov; Azərbaycan Tibb Universiteti “Ümumi və toksikoloji kimya kafedrası”nın dosenti, k.ü.f.d. Eldar Lətif oğlu Əhmədov iş haqqında geniş məlumat verdi. Dissertasiya işinin avtoreferatına verilən rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçı Nigar İbrahimovanın elmi rəhbəri k.ü.e.d., dos. Lətifov İltifat iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədri AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı tərəfindən elan edildi.
Səsvermənin nəticələrinə əsasən, Nigar İbrahimovaya kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər