Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Seminarda dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Apr 26, 2022 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 2541 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasının nəzdində 2316.01-“Kimyəvi kinetika və kataliz” ixtisası üzrə Elmi Seminarın iclasında  Azərbaycan  Dövlət Neft və Sənaye Universitetinin “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə dissertantı Səbinə Eldar qızı Yusubovanın “FOSFOR-MOLİBDEN HETEROPOLİ TURŞUSUNUN İŞTİRAKİ İLƏ İZOPROPİL SPİRTİNİN DİİZOPROPİL EFİRİNƏ ÇEVRİLMƏSİ” mövzusunda Kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. İddiaçı tərəfindən təqdim olunan dissertasiya işinə rəyçilərin rəyi və iddiaları, seminar üzvlərinin çıxışları dinlənilmişdir. Gizli səsvermənin qərarı və seminar üzvlərinin ümumi müsbət rəyi əsasında Səbinə Yusubovanın dissertasiya işinin  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasında müdafiəyə buraxılması tövsiyə edildi.

JURNALLAR
Faydalı linklər