Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya Institutunun əməkdaşının biblioqrafik göstəricisi nəşr olunub.
Apr 18, 2022 | 14:00 / Nəşrlər
Oxunub 1264 dəfə

Kataliz və Qeyri -üzvi Kimya İnstitutunun "Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qüdrət İsfəndiyar oğlu Kəlbəliyevin 75 illiyinə həsr olunmuş biblioqrafik göstəricisi hazırlanıb.

Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən hazırlanan biblioqrafik göstəricidə alimin həyatı, elmi və ictimai fəaliyyətinin əsas tarixləri, həmçinin bu haqda qısa oçerk, əsərlərinin biblioqrafiyası - kitab və məqalələri, rəy verdiyi kitablar, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiyalar və s. yer alıb.

“Elm” nəşriyyatında nəşr edilən göstəricinin redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçiləri texnika üzrə fəlsəfə doktoru, dosent Manaf Manafov və Rəna Cavadovadır.

1973-2021-ci illəri əhatə edən biblioqrafik göstərici kimya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

JURNALLAR
Faydalı linklər