Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi “Web of Science” bazasında indeksləşən, "Russian Chemical Bulletin" jurnalında dərc olunub.
Apr 14, 2022 | 13:04 / Nəşrlər
Oxunub 1540 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının V. M. Akhmedov, N. E. Melnikova, Vs. M. Akhmedov, and D. B. Tagiyev “Tuning selectivity in the gas phase hydrogenation of phenylacetylene over the platinum—mesoporous carbon nitride composites using organic modifiers” adlı məqaləsi “Web of Science” bazasında indeksləşən, Russian Chemical Bulletin jurnalının 2022, Vol. 71, No. 2, pp. 276—282, February, nömrəsində dərc olunub (İF-1.222). 

Karbamid əsasında sintez olunan mezzo-məsaməli karbon nitridin platinlə yeni nanokompoziti sintez edilmlş və fenilasetilenin gaz fazada stirola selektiv hidrogenləşdirilməsi prosesində katalizator kimi tədqiq edilmişdir. Bir sıra üzvi mənşəli modifikatorların stirolun selektivliyinə təsiri öyrəyilmlşdir. Qeyri-polyar xassəli həllediciyə az miqdarda piridin, piperidin və ya morfolinin əlavə etməklə  fenilasetilenin 95-100% çevrilməsini və stirola görə 90-92% seçiciliyini təmin etmək mümkündür. Polyar xassəli həlledici mühitində başqa gatğıdan istifadə etmədən də tədqiq olunan katalizator fenilasetilenin gaz fazada hidrogenləşdirilməsi prosesində yüksək aktivlik və selektivlik göstərir. Katalizatorun axın prosesində 10 saat sınaqları zamanı aktivlik və ya seçicilik itkisi müşahidə edilməmişdir.

 

ISSN 1026-3500, Russian Chemical Bulletin, 2022, Vol. 71, No. 2, pp. 276—282,

1066-5285/22/7102-0276 © 2022 Springer Science+Business Media LLC, 2022. Russian Text © The Author(s), published in Известия Академия НаукСерия химическая, 2022, Vol. 71, No. 2, pp. 276—282

JURNALLAR
Faydalı linklər