Xəbərlər
“Nüvə maqnit rezonansı spektroskopiyası” mövzusunda vebinar keçirilib
Apr 04, 2022 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 1385 dəfə

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dəstəyi, Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Nüvə maqnit rezonansı spektroskopiyası” mövzusunda vebinar baş tutub.

Vebinarda AMEA-nın gənc alimləri ilə yanaşı, ali təhsil müəssisələrinin bakalavr və magistratura pilləsində təhsil alan tələbələr də iştirak edib.

AMEA GAMŞ-ın sədri, k.ü.f.d. Elmir Babayevin moderatorluğu ilə baş tutan tədbirin qonaq spikeri Bakı Dövlət Universitetinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru, professor İbrahim Məmmədov olub.

Professor İ.Məmmədov “Nüvə maqnit rezonansı spektroskopiyası” mövzusunda təqdimatında maye və bərk sistemlərin tədqiqində istifadə olunan NMR spektroskopiyasının yaranma tarixi, tətbiq sahələri, spektrometrlərin işləmə prinsipi, istifadə olunan həlledicilər, alınan spektrlərin identifikasiyası haqqında məlumatları auditoriyanın diqqətinə çatdırıb.

İ.Məmmədov spektrlərdə alınan piklərin oxunmasını misallar üzərində geniş izah edib. O cümlədən çıxışında Bakı Dövlət Universitetində rəhbərlik etdiyi kafedrada görülən işlərdən bəhs edib, təhsilin bakalavr pilləsindən gənclərin laboratoriyalara cəlb edildiyini və müasir avadanlıqlarla işləmə qabiliyyətinin formalaşdırıldığını xüsusi vurğulayıb. Eləcə də iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr həyata keçirilib.

JURNALLAR
Faydalı linklər