Xəbərlər
Foto
AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasının Zoom Meetings platformasında iclası keçirilib.
Mart 31, 2022 | 15:59 / Konfranslar, iclaslar
Oxunub 2478 dəfə

31.03.2022-ci il tarixində AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvündən 14-ü (distant və əyani formada) iştirak etmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı Mehdiyeva İlahə Firudin qızının 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Talliumun erbium və tuliumla telluridlərinin və onlar əsasında funksional xasssəli fazaların alınması və tədqiqi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın akad. M.Nağıyev adına KQKİ-nin prof., k.e.d. İmir Əliyev; Bakı Dövlət Universitetinin prof. əvəzi, k.e.d. Nağı Yaqubov; Bakı Mühəndislər Universitetinin baş müəllimi, k.ü.f.d. Qənirə Balakişiyeva iş haqqında geniş məlumat verdi. Dissertasiya işinin avtoreferatına verilən rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçı İlahə Mehdiyevanın elmi rəhbəri AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

Səsvermənin nəticələrinə əsasən, İlahə Mehdiyevaya kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər