Xəbərlər
Foto
AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi Yaqub Nağıyev Rusiyanın Kazan Elmi-Tədqiqat Texniki Universitetində ezamiyyətdə olmuşdur.
Mart 16, 2022 | 12:26 / Konfranslar, iclaslar
Oxunub 3313 dəfə

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi çərcivəsində (EİF/MQM/ETS-2020-1(35)) qalib olmuş layihənin iştirakçısı AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 28 saylı laboraturiyasının a.e.i., dosent Nağıyev Yaqub Mehdi oğlu AR Prezidenti yanında EİF tərəfindən 24.02.2022-28.02.2022 tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikası Kazan şəhərində yerləşən Kazan Elmi-Tədqiqat Texniki Universitetinə (KETTU) ezam olunmuşdur.

Məqsəd AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən qrant layihəsi çərçivəsində birgə əməkdaşlıq, elmi və praktiki nəticələrin ümumi müzakirəsi, neft və neft məhsullarının, onların oksidləşməsi nəticəsində alınan qiymətli oksigenli üzvi birləşmələrin analiz metodlarının istifadə olunması haqqında yeniliklər, müxtəlif növ müasir cihazlar, onların ış prinsipi ilə yaxından tanışlıq olmuşdur. 

Ezamiyyət müddətində universitetin professor və müəllimləri ilə, elmi tədqiqatçılar ilə görüşmüş, onların apardığı tədqiqatlar və kimya laboratoriyaları ilə yaxından tanış olmuş, qrant layihəsi çərçivəsində birgə əməkdaşlıq haqqında və sair məsələlər müzakirə edilmişdir. Razılaşdırılmış məqamlar tərəflər arasında tərtib olunan protokolda öz əksini tapmışdır.

İlk görüş Tatarıstan Respublikasının əməkdar elm xadimi, Neft, Kimya və Nanotexnologiyalar İnstitutunun icraçı direktoru, Neft və Qaz Emalının Kimya Texnologiyası şöbəsinin müdiri, texnika elmləri doktoru, professor Başkirtseva Nataliya Yuryevna ilə olmuşdur. Professor Başkirtseva qonağı çox səmimi və mehriban qarşılayaraq, rəhbərlik etdiyi laboratoriyalarla, kollektivlə yaxından tanış etmiş, universitetin kimya laboratoriyalarında aparılan elmi-praktiki işlər, Neft və qazın emalı zamanı istifadə olunan yeni nanotexnologiyalar haqqında geniş

məlumat vermişdir. Eyni zamanda, neft məhsullarının və tullantılarının yeni nanotexnologiyalar əsasında emalı zamanı istifadə olunan metodlar, alınan qiymətli məhsullar, onların tətbiq sahələri haqqında maraqlı və çox geniş izahat verilmiş, elmi laboratoriyalarda qonağı neftdən alınan bitumun yeni nanotexnologiya əsasında termiki və katalitik emalı nəticəsində alınan bir sıra maddələrin kolleksiyası, onların emal texnologiyaları ilə tanış etmişdir. 

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, k.e.n. dosent Anna Ottovna Ebel dosent Yaqub Nağıyevə üzərində universitetin, labotatoriyaların və həmçinin universitet tərəfindən istehsal olunan məhsulların şəkilləri olan qab hədiyyə etmişdir.

Sonrakı görüş həmin kafedranın dosenti, Kimya texnologiyası, neft və qazın emalı kafedrasının laboratoriya müdiri, k.ü.f.d. Şastina Yelen İqorevna ilə olmuşdur. Yelena Şastina rəhbərlik etdiyi laboratoriyada nanotexnologiyalar əsasında apardıqları elmi işlər haqqında ətraflı və faydalı məlumatlar vermiş, gələcəkdə qarşılıqlı əməkdaşlıq əsasında elmi işlərin aparılmasının mümkünlüyünu xüsusilə vurğulamışdır.

Növbəti iş günü Ümumi kimya texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru, professor Ulitin Nikolay Viktoroviç və həmin kafedranın professoru, kimya elmləri doktoru, Rusiya Federasiyasının əməkdar elm xadimi Xarlampidi Xarlampiy Evklidoviçlə görüşlər keçirilmişdir. 

Professor Nikolay Ulitin Ümumi kimya texnologiyası kafedrasında aparılan elmi işlər, o cümlədən neft karbohidrogenlərinin qaz və maye fazalarda hava oksigeni və hidrogen peroksidlə aparılan oksidləşmə proseslərində istifadə olunan Modul və Kaskad tipli cihazlarla, eyni zamanda, kinetik qanunauyğunluqların öyrənilməsi üçün istifadə edilən İsveçrə istehsalı olan qurğu və onun iş prinsipləri ilə, həmçinin alınan qiymətli oksigenli, oksigensiz birləşmələrin analizində istifadə olunan müasir metodlarla yaxından tanış etmişdir. 

Görüş zamanı professor Xarlampiy Evklidoviç nəzəriyyənin praktika ilə əlaqəsi məsələsinin əsas və geniş müzakirə obyektlərindən biri olduğunu xüsusi ilə qeyd etmiş, Elmin İnkişafı Fondu tərəfindən aparılan elmi-tədqiqat işlərinin, o cümlədən bizim təqdim etdiyimiz layihənin “Sintetik naften turşularının yüksək çıxım və selektivliklə qeyri-zəncirvari reaksiya ilə alınması üçün karbon nanokatalizatorların işlənilməsi və tətbiqi” mövzusunun aktual və perspektivli bir sahə olduğunu, xüsusilə də sintetik naften turşularının geniş tətbiq sahəsinə malik olduqlarını bildirmişdir. Bu sahənin daha da genişləndirilməsi, birgə əməkdaşlıq haqqında ümumi elmi və praktiki müzakirələrin aparılmasının vacibliyi xüsusilə vurğulanmışdır. Eyni zamanda, birgə elmi-tədqiqat işlərinin və qrant layihələrinin,

doktorant və magistrantların mübadiləsi əsasında ikili diplomların verilməsi, onlayn formada müxtəlif elmi sahələrin, praktiki nəticələrin birgə müzakirələri və sair məsələlərin mümkünlüyü haqqında ilkin razılaşmalar əldə edilmiş, tərəflər arasında tərtib olunan yekun protokolda yuxarıda qeyd olunan məsələlər öz əksini tapmışdır. 

İstirahət günləri universitet tərəfindən Kazan şəhərinin müxtəlif muzey və tarixi mədəniyyət abidələrinə maraqlı ekskursiyalar təşkil olunmuşdur.

JURNALLAR
Faydalı linklər