Xəbərlər
Foto
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbələri 01.03.2022-ci il tarixində AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir sıra laboratoriyalarında tədqiqat təcrübələri keçiblər
Mart 01, 2022 | 16:18 / Təhsil
Oxunub 2872 dəfə

Təcrübəyə cəlb edilən tələbələrdən Rzayeva Z. və Məmmədova F. “Əlvan metal tərkibli mineral xammalın emalı”, Səfərli Ə. və Qubadova A. “Nanokompozit katalizatorlar”, Məmmədli S. “Analitik kimya”, Ağayeva F. və Həsənova A. “Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar”, Abbasov S. və  Hüseynova Z. “Kompozisiya örtük materialları və korroziyadan mühafizə”, Muradov R. və Məmmədli M. “Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə”, Rzazadə N. və Məmmədzadə Ü. “Biomimetik sensorlar və azot-1 oksidlə oksidləşmə” laboratoriyalarında aparılan elmi təcrübələri müşahidə etmiş və onlara tədqiqat zamanı istifadə olunan müxtəlif metodlar haqqında məlumat verilmişlər.

“Keçid elementlərinin xalkogenidləri” laboratoriyasının müdiri prof. İxtiyar Bəxtiyarlı və aparıcı elmi işçi dos. Faiq Məmmədov tələbələrə Differensial termiki analiz metodu haqqında məlumat vermişlər. Tələbələrə termiki analizdə istifadə olunan Almaniyanın NETZCH firmasının istehsalı olan STA 449F3 cihazının işləmə prinsipləri və tədqiqat imkanları haqqında məlumat verilmiş, laboratoriyada sintez olunan ərintilərdən bir neçəsinin termiki analizi onların iştirakı ilə aparılmış və nəticələr müzakirə edilmişdir.

JURNALLAR
Faydalı linklər