Xəbərlər
Kimyaçılar eyni vaxtda katodda və anodda hidrogen aldılar
Mart 01, 2022 | 10:54 / Maraqlı məlumatlar
Oxunub 1228 dəfə

ABŞ və Çin alimləri anod və katodda hidrogenin ayrıldığı elektroliz sistemi hazır­layıblar. Bu halda iki reaksiya baş verir: təbii aldehidin oksidləşməsi və suyun  reduksiyası .Belə  sistem aşağı   gərginliyində və  az  enerji sərfiyyatında hidrogen istehsal etməyə imkan verir.

İstehsal edilən bütün hidrogenin 95 faizi ucuz olub yeraltı  yanacağın  rifo­rminqin­dən  əldə edilir lakin  bu ətraf mühitə ziyan vuran  prosesdir. Alternativ olaraq, elm adamları suyun elektrolizini çoxdan təklif ediblər, lakin oksidləşmə reaksiyasının baş verməsi üçün tələb olunan yüksək gərginliyə görə elektroliz yolu ilə hidrogen əldə etmək çox baha başa gəlir.

Kaliforniya Universitetindən  Duan Xiangfengin rəhbərliyi altında  kimyaçılar ucuz üzvi xammal və sudan hidrogenin  elektrolitik istehsalı üçün  üsul işləyib hazırlamağa qərar verdilər. Bu halda, onların məqsədi aşağı gərginlikdə və əlavə qaz məhsulları ayırmadan elektroliz aparmaq idi.

Daha çox hidrogen əldə etmək üçün kimyaçılar anodda aldehidin oksidləşməsi  prosesini və katodda sudan hidrogenin  ayrılması reaksiyasını birləşdirməyə çalış­dılar. Onlar anod kimi metal misdən, katod kimi isə  kömür üzərində  platindən   istifadə etdilər. Reaksiya artıq 0,1 Voltdan az gərginlikdə getmədən başladı və 0,27 Volt gərginlikdə  cərəyan sıxlığı hər kvadrat santimetrdə   100 milliamperə çatdı.

Nəticədə, kimyaçılar hidrogen hasil etmək üçün səmərəli bir proses hazırlaya bildilər. Hesablanmış cərəyan səmərəliliyi  (çıxışı) həm anod, həm də katod prosesləri üçün 100 faiz təşkil etmişdir (yəni dövrədən keçən hər elektron üçün bir hidrogen molekulu ayrılmışdır). Eyni cərəyan sıxlığında yeni proses suyun klassik elektrolizindən iki dəfə çox hidrogen əldə etməyə imkan verdi və enerji sərfiyyatı təxminən 14 dəfə az oldu.

Tədqiqatın nəticələri  Nature Catalysis jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2021/khimiki-poluchili-vodorod-na-katode-anode-odnovremenno

 

JURNALLAR
Faydalı linklər