Xəbərlər
YAP Yasamal rayon təşkilatının yaranmasının ildönümü qeyd edilib
Fev 18, 2022 | 16:44 / Yubileylər
Oxunub 1734 dəfə

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə təntənəli toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan partiya rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP-ın müasir Azərbaycan tarixində oynadığı mühüm roldan bəhs etdi.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, millət vəkili Ramin Həsənov, YAP Ağsaqqallar Şurasının üzvü Şahlar Əsgərov və digər natiqlər YAP-ın yaranması və inkişafına dair öz xatirələri ilə bölüşdülər.
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xatırladı ki, YAP Azərbaycan tarixinin son dərəcədə böhranlı günlərində meydana gəlmişdi və 90-cı illərin əvvələrində Azərbaycan çox ağır günlər keçirirdi: bir tərəfdən erməni hərbi təcavüzü, digər tərəfdən isə daxili vətəndaş qarşıdurması. O zaman 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi və Ulu Öndər xilaskarlıq missiyasını öz üzərinə götürdü. 1992-ci ilin noyabrında YAP təsis edildi və Heydər Əliyev partiyanın sədri seçildi. Daha sonra isə rayon təşkilatları yarandı. 1993-cü ilin fevral ayında Yasamal rayon təşkilatı təsis edildi. Qeyd olundu ki, bu gün YAP Yasamal təşkilatı rayonda aktiv siyasi qüvvədir.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, 90-cı illərin birinci yarısında Ulu Öndərlə başlayan Qurtuluş, 2020-ci ildə cənab Prezident İlham Əliyevin rəhbərlyi ilə tarixi Zəfərlə davam etdi.
Daha sonra bir qrup YAP fəalına fəxri fərmanlar təqdim edildi. Tədbir bədii hissə ilə başa çatdı.

Tədbirdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Yeni Azərbaycan Partiyasının üzvləri də iştirak etmişdirlər.

JURNALLAR
Faydalı linklər