Xəbərlər
“Omikron” ştamı əhalidə ciddi narahatlıq yaratmamalıdır.
Fev 07, 2022 | 13:46 /
Oxunub 1556 dəfə

Həkim-nevroloq Qalib Əsədov və infeksionist-hepatoloq Mərdan Əliyevin sözlərinə görə, omikron” ştamı əhalidə ciddi narahatlıq yaratmamalıdır. 

Həkimlər həm artıq kifayət qədər kütləvi immunitet yarandığını, həm də omikronun ağırlaşmalara səbəb olmadığını qeyd edirlər.

“Omikron” Azərbaycan vətəndaşlarını necə lazımdır vaksinasiya etdi. Yeri gəlmişkən, məlum olub ki, koronavirus mutasiya nəticəsində ağciyər toxumasına daxil olmaqa kömək edən reseptoru itirib. Ona görə də əksər xəstələrdə sadəcə yuxarı tənəffüs yollarının zədələnməsi baş verir.  

Düşünürəm ki, artıq əvvəlki həyat tərzinə qayıtmağın vaxtı çatıb. Bir sıra Avropa dövlətlərində olduğu kimi, bizdə də bütün məhdudiyyətlər aradan götürülməli, üçüncü doza, nə bilim, iyirmi səkkizinci doza kimi məcburi qaydalar ləğv edilməlidir”, - həkim-nevroloq Qalib Əsədov bildirib. 

İnfeksionist Mərdan Əliyevsə hesab edir ki, “Omikron hansı təhlükə yaradır” sualına Böyük Britaniyada aparılan araşdırma cavab verib. 

“Araşdırma uşaqlar arasında yuxarı tənəffüs yollarının kəskin iltahabı müşahidə olunsa da, ağırlaşma hallarının və oksigen ehtiyacının delta variantı ilə müqayisədə yarıbayarı azaldığını göstərir”, - həkim açıqlamasında vurğulayıb.

JURNALLAR
Faydalı linklər