Xəbərlər
Foto
KİMYA ELMLƏRİ ÜZRƏ PROBLEM ŞURASININ növbəti iclası keçirilmişdir.
Yan 28, 2022 | 16:16 / Konfranslar, iclaslar
Oxunub 2595 dəfə

Yanvarın 28-də akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının 2022-ci il üçün ilk iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verdi. O cümlədən, təklif etdi ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır.

İclasda 2307.01- Fiziki kimya, 2304.01- Makromolekullar kimyası, 2314.01- Neft kimyası, 2391.01- Ekoloji kimya, 2316.01- Kimyəvi kinetika və kataliz, 2301.01- Analitik kimya və 2303.01- Qeyri-üzvi kimya ixtisasları üzrə 13 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda onlardan 2-si birbaşa, 10-u redaktə olunaraq Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi. Bir dissertasiya mövzusu isə adının dəyişdirilməsi və korrektə olunması məqsədilə müraciət edən təşkilatın Elmi şurasında yenidən müzakirə olunmağa tövsiyyə edildi.

JURNALLAR
Faydalı linklər