Xəbərlər
Foto
M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantının dissertasiya işininin ilkin müzakirəsi keçirilmişdir.
Dek 29, 2021 | 16:17 / Konfranslar, iclaslar
Oxunub 3115 dəfə

AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xüsusi karantin rejimi dövründə dissertasiya işlərinin müzakirələrinin təşkili və keçirilməsinə dair tələblərə uyğun olaraq əyani formada iclas keçirilmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmlər doktoru hazırlığı üzrə sabiq doktorantı Tapdıqov Şamo Zöhrab oğlunun 2304.01 - “Makromolekullar kimyası” ixtisasında kimya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ferment və antibiotiklərin immobilizə olunması və ünvanlı çatdırılması üçün yaddaşa malik nanostrukturlaşdırılmış polimerlərin sintezi və tədqiqi” mövzusunda dissertasiya işininin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə institutun bir neçə laboratoriyasının uyğun ixtisasçıları iştirak etmişlər.

Elmi məsləhətçilər: akademik Dilqəm Tağıyev

k.e.d. Nizami Zeynalov

Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d. Şiraz Məmmədov və k.e.d. Rəvan Rəhimovun çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Geniş müzakirədən sonra dissertasiya işinin AMEA Polimer Materialları İnstitutu nəzdində fəaliyyət göstərən ED1.28 Dissertasiya Şurasına təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edilmişdir.

JURNALLAR
Faydalı linklər