Xəbərlər
Kimyaçılar molnupiravirinin sintezi üçün effektiv üsul tapıblar
Dek 23, 2021 | 10:33 / Maraqlı məlumatlar
Oxunub 1522 dəfə

Kimyaçılar kovidin müalicəsində istifadə edilən antivirus  dərman  olan molnupiraviri sintez etməyin sadə yolunu tapıblar. Alimlər başlanğıc material kimi ucuz ribozadan istifadə etdilər və üç mərhələdə molnupiraviri sintez edən biokatalitik proses hazırladılar. Dərmanın  çıxımı  əvvəllər hazırlanmış sintezi müqayisədə yeddi dəfə artmışdır.

Molnupiravir – “Merck & Co və Ridgeback”  şirkətlərinin eksperimental antivirus dərmanıdır və III Faza klinik sınaqların nəticəsinə görə  kovid xəstələrinin xəstəxanaya yerləşdirilməsi və ölüm riskini 50 faiz azaldır.

Con  Makintoş və Patrik  Fiyerin rəhbərlik etdiyi elm adamları oxşar birləşmələrin biosintezi haqqında biliklərə əsaslanaraq, molnupiravirin sintezinin sadə və  birbaşa alınma üsulunu işləyib hazırlamağı qarşılarına məqsəd qoydular.

Tədqiqatın nəticələri ACS Central Science jurnalında çap olunub.

https://www.nanonewsnet.ru/news/2021/khimiki-pridumali-effektivnyi-metod-sinteza-molnupiravira

JURNALLAR
Faydalı linklər