Xəbərlər
DİM: Xarici dillərdən danışıq bloku üzrə imtahanların dekabrın 25-26-da keçirilməsi nəzərdə tutulur
Dek 21, 2021 | 10:21 / Təhsil
Oxunub 1752 dəfə

Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilib. İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, danışıq bloku üzrə imtahanının dekabrın 25-26-da keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İddiaçılar kompüter proqramının demo versiyası ilə linkdən tanış ola bilərlər: https://xaricidil.dim-webinar.info/

DİM iddiaçılara mütləq şəkildə danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmağı tövsiyə edir.

İmtahan sisteminə “Şəxsi kabinet”in istifadəçi adı və şifrəsi ilə daxil olmaq mümkündür. Yalnız imtahan üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq proqramın demo versiyası ilə tanış ola bilərlər.

Texniki məsələlərlə bağlı sualları dqqeydiyyat@dim.gov.az elektron poçt ünvanına göndərmək olar və ya 0124316386 (daxili 117) nömrəsi ilə əlaqə saxlamaq olar.

JURNALLAR
Faydalı linklər