Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Dek 17, 2021 | 12:45 / Nəşrlər
Oxunub 1600 dəfə

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Eldar Zeynalov, Əsgər Hüseynov, Elçin Hüseynov, Nazilya Salmanova, Yaqub Nağıyev, Nərmin Abdurəhmanovanın “Impact of As-Prepared and Purifıed Multi-Walled Carbon Nanotubeson the Liquid-Phase Aerobic Oxidatıon of Hydrocarbons” məqaləsi Web of Science Chemistry & Chemical Technology- də dərc olunmuşdur.

Məqalədə çoxdivarlı karbon nanoborularının (MWCNTs) karbohidrogenlərin aerob oksidləşməsinə təsirini öyrənmək və prosesin real məqbul mexanizmlərini təklif etmək üçün sadə kinetik yanaşmalar təqdim olunur. Model nümunəsi kimi, çoxdivarlı karbon nanoborularının iştirakı ilə aparılan etilbenzolun maye fazada, aşağı temperaturda aerob oksidləşməsindən istifadə edilmişdir. Kinetik analiz, MWCNT-lərin daxili kanallarında dəmir birləşmələrinin olması ilə əlaqəli katalitik təsiri müəyyən etdi. Bu birləşmələr etilbenzol hidroperoksidin parçalanmasını təhrik edən və bununla da nanokarbon qəfəsinə əlavə olaraq, alkil-peroksid radikallarının rəqabətli yolunu boğan dəmir karbidlər kimi, müəyyən edilir. Beləliklə, reaksiya avtokatalitik rejimdə davam edir. Ədəbiyyatda mövcud olan oksidləşmə zənciri proseslərinə CNT-lərin təsiri ilə bağlı ziddiyyətli nəticələr nanoboruların kanallarında metal çirklərinin təbiətinə və tərkibinə nəzarətin olmaması ilə əlaqələndirilir.

Eldar Zeynalov, Asgar Huseynov, Elchin Huseynov, Nazilya Salmanova, Yaqub Nagiyev, Narmin Abdurakhmanova

mainpage » JCCT » Ch&ChT Vol. 15, No. 4, 2021, pp 479-485 « Impact of As-Prepared and Purifıed Multi-Walled Carbon Nanotubeson the Liquid-Phase Aerobic Oxidatıon of Hydrocarbons»

https://doi.org/

JURNALLAR
Faydalı linklər