Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının kitabı Moskvada çap olunub.
Dek 09, 2021 | 12:45 / Nəşrlər
Oxunub 1560 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Mirheydər Abbasovun «Применениe инфракрасной спектроскопии к органическим и неорганическим соединениям» kitabı Moskvada “RU SCİENCE” nəşriyyatında çap olunub.

Kitabda üzvi birləşmələrinin bir neçə sinfinin (doymuş alifatik və tsiklik kabohidrogenlər, alkenlər, di-, trienlər, eləcə də sikloenlər, tsiklodi- və tsiklotrienlər və kumulə olunmuş doymamış birləşmələrin, alkinlər, diinlər, triinlər, spirtlər, diollar, triolllar və tetraollar) infraqırmızı spektrləri və onların geniş analizi verilmişdir.

Qeyd etmək lazımdır ki, infraqırmızı spektroskopiya bir fiziki-kimyəvi tədqiqat metodu kimi bu gün də öz aktuallığını saxlayır və geniş tətbiq olunmaqdadır. Bu metod ilk olaraq üzvi birləşmələrin analizi üçün nəzərdə tutulsa da, son yeni nəsil cihazların tətbiqindən sonra qeyri-üzvi birləşmələrin analizində infraqırmızı (İQ) spektroskopiya cihazlarının tətbiqi geniş vüsət almaqdadır. Hazırda fiziki-kimyəvi tədqiqat metodları və onlara uyğun cihaz və avadanlıqların çeşidləri kifayət qədər çoxalıb, genişlənib və təkmilləşmişdir. Yeni nəsil cihazlarında, inteqral sxemlərin istifadə olunması onların olçülərini, həcmini, çəkisini dəfələrlə azaltmaqla bərabər həm də həssaslıqlarının, dəqiqliklərinin xeyli çoxalmasına imkan verir. Bu metodlar və avadanlıqlar içində infaqırmızı spektroskopiya metodu öz sadəliyi ilə bərabər həm də vaxt və maliyyə sərfiyyatı baxımından çox əlverişlidirlər . Belə ki, müasir aparatlarda bir infraqırmızı analizin çəkilməsinə bir neçə dəqiqə sərf olunur. İQ spektroskopiya metodunun dəyəri haqqında bir faktı qeyd etmək lazımdır ki, hal-hazırda müasir dünyanın aparıcı dərman istehsalçıları öz istehsal məhsullarının təmizlik dərəcəsini sübut etmək üçün onun sertifikatına dərman komponentinin İQ spektrini də əlavə edirlər. Digər tərəfdən İQ spektroskopiyanı başqa fiziki-kimyəvi tədqiqat metodlarından fərqləndirən digər mühüm cəhət onun seçimlı təsirə malik olmasıdır. İnfraqırmızı spekroskopiya kimyəvi rabitələrin enerjilərini ölçməyə imkan verən bir fiziki-kimyəvi tədqiqat metodudur.

Bir necə cilddən ibarət olacaq bu kitabın 1-ci cildində üzvi birləşmələrin müxtəlif sinfindən olan 387 kimyəvi birləşmələrin İQ spektrlərinin geniş analizi verilmişdir.

Bu kitabın növbəti cildlərində İQ- spektroskopiyanın köməyi ilə qeyri-üzvi birləşmələrin spektrlərinin çəkilməsi və bu maddələrin identifikasiyası haqda ətraflı və geniş məlumatlar veriləcəkdir.

Kitab kimya, bilogiya, geologoya və fizika ixtisaları üzrə elmi tədqiqatçılar, müəllimlər, doktorantlar, maqistr və bakalavrlar üçün nəzərdə tutulmuşdur.

М.Г.Аббасов. «Применениe инфракрасной спектроскопии к органическим и неорганическим соединениям»: учебник.-Москва: РУСАЙНС, 466 с.

JURNALLAR
Faydalı linklər