Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Dek 02, 2021 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 1625 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2303.01- “Qeyri-üzvi kimya” və 2316.01–“Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə elmi seminarın birgə iclası keçirilmişdir.

Elmi seminarda AMEA-nın akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Koordinasiya birləşmələri” şöbəsinin “Keçid metallarının metal-üzvi birləşmələri” laboratoriyasının dissertantı İbrahimova Nigar Ziya qızının 2316.01 – “Кimyəvi кinetika və каtaliz” və 2303.01 – “Qeyri-üzvi Kimya” ixtisasları üzrə “Polimetilferrosen/polimetilferrisinium sistemlərin-də elektron mübadilə reaksiyalarının kinetikasının tədqiqi və onlar əsa-sında yeni elektrokimyəvi müqayisə elektrodunun hazırlanması” möv-zusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra dissertanta iştirakçılar tərəfindən verilən çox-saylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Sonra dissertant Nigar İbrahimovanın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər