Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir.
Noy 18, 2021 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2964 dəfə

18.11.2021-ci il tarixində AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvündən 13 üzvü (distant və əyani formada) iştirak etmişdir. İclasda 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Bayramova Zəhra Elxan qızının “3d-keçid metalların molekulyar oksigenlə kompleks birləşmələrinin sintezi, quruluşu və xassələri” və Məmmədov Vilayət Sabir oğlunun “Lantanoidlərin qarışıq kationlu oksisulfidləri əsasında lüminessent fazaların alınması, fiziki-kimyəvi və termodinamiki xassələri” mövzularında dissertasiya işlərinin müzakirəsi keçirilmişdir. İddiaçılar dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi , praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdilər. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər işlər haqqında geniş məlumat verdilər. Dissertasiya işlərinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. Sonra Zəhra Bayramovanın elmi rəhbəri Minirə Ağahüseynova və Vilayət Məmmədovun elmi rəhbəri İxtiyar Bəxtiyarlı çıxış etdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticələr Şuranın sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

 

  

JURNALLAR
Faydalı linklər