Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Noy 04, 2021 | 17:04 / Konfranslar, iclaslar
Oxunub 1848 dəfə

04.11.2021-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun doktorantı Oruclu Elnur Nəcəf oğlunun 2303.01 “Qeyri-üzvi kimya” ixtisası üzrə «SnTe-MnTe-Sb(Bi)2Te3 sistemlərində maqnit xassəli yeni topoloji izolyator fazalarının alınması, tədqiqi və multi 3D-modelləşdirilməsi » mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işininin müzakirəsi olmuşdur. Doktorantın elmi rəhbəri AMEA-nın müxbir üzvü, professor Məhəmməd Baba oğlu Babanlıdır.

Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d., prof. Fuad Sadıqov və k.ü.f.d., dos. Fidail Cəlaləddinovun çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər