Xəbərlər
Foto
Kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Okt 27, 2021 | 14:00 / Təhsil
Oxunub 2464 dəfə

27 oktyabr 2021-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2303.01- “Qeyri-üzvi kimya” və 2316.01–“Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə elmi seminarların birgə iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Oksidləşdirici heterogen kataliz” şöbəsinin “Seolit katalizi” laboratoriyasının sabiq doktorantı Ağayev Fuad Allahverdi oğlunun 2303.01–“Qeyri-üzvi kimya” və 2316.01–“Kimyəvi kinetika və kataliz” ixtisaları üzrə «Alifatik spirtlərin oksidləşməsi reaksiyaları üçün seolitlər əsasında məqsədyönlü katalizatorların sintezi və aktivliklərinin öyrənilməsi» mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra doktoranta iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər