Xəbərlər
“Təhsil haqqında” qanun qəbul edildi
Okt 29, 2021 | 14:50 / Təhsil
Oxunub 1699 dəfə

Parlamentin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Layihə haqqında deputatlara komitə sədri Bəxtiyat Əliyev məlumat verib. 

Qeyd edək ki, dəyişikliklə qanuna yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

JURNALLAR
Faydalı linklər