Xəbərlər
Kimya Elmləri Bölməsinin magistrantlarına məşğələ keçirilib
Okt 29, 2021 | 14:47 / Təhsil
Oxunub 1789 dəfə

Pedaqoji elmləri doktoru, dosent Almaz Tağıyeva tərəfindən AMEA-nın Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının I kurs magistrantlarına “Kimyanın tarixi və metodologiyası” fənnindən məşğələ keçirilib.

Məşğələ zamanı Lomonosovun korpuskulyar tədrisi, Lavuazyenin oksigen nəzəriyyəsi, stexiometriya və nomenklatura haqqında ilkin anlayışlar, analitik kimyanın yaranması, elm kimi klassik kimyanın yaranması, kəmiyyət qanunlarının dövrü mövzuları ətrafında müzakirələr aparılıb.

Keçirilən məşğələ tələbələrin marağına səbəb olub, geniş müzakirələr aparılıb.

JURNALLAR
Faydalı linklər