Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistratura səviyyəsini bitirən məzunlara diplomlar təqdim olunmuşdur.
Okt 28, 2021 | 16:11 / Təhsil
Oxunub 2961 dəfə

28 oktyabr 2021-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistratura səviyyəsini bitirən məzunlara diplomlar təqdim olunmuşdur. Öncə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev sabiq magistrantlar və onların rəhbərləri ilə görüş keçirmişdir. Akademik bildirdi ki, 2021-ci ildə altı ixtisaslaşma üzrə 10 nəfər magistratura təhsil proqramını başa vurmuş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişlər. Onlardan 8 nəfər fərqlənmə diplomuna layiq görülmüşdür. Qeyd olundu ki, magistrantların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlar 0,5 ştat vahidi ilə böyük laborant kimi işə qəbul olunmuşdur. Hal hazırda onlardan səkkizi İnstitutun laboratoriyalarında elmi-tədqiqat işləri aparırlar. Akademik laboratoriya rəhbərlərinə onların kiçik elmi işçi vəzifəsinə keçirilməsi barəsində göstəriş verdi. Sonra, akademik bildirdi ki, institutun elm sahəsində çalışmaq istəyən gənc kadrlara ehtiyacı var. Dilqəm Tağıyev sözügedən müəssisədə təhsilini davam etdirmək istəyən gənclər üçün hər cür şərait yaradılacağını vurğulayıb və sabiq mağistrlərə təhsillərini doktoranturada davam etdirmək, dünya elminə inteqrasiya etmək, müasir dövrdə elmi biliklərə yiyələnmək üçün xarici dilləri yaxşı mənimsəməyi tövsiyə etdi.

Sonda İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev 2021-ci ildə magistraturanı bitirən tələbələrə diplomları təqdim etdi və xatirə şəkli çəkildi.

JURNALLAR
Faydalı linklər