Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Dissertasiya işinin ilkin müzakirəsi keçirildi.
Okt 25, 2021 | 18:00 / Konfranslar, iclaslar
Oxunub 2687 dəfə

25 oktyabr 2021-ci il tarixində saat 14:30-da AMEA nın M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantı İbrahimova Nigar Ziya qızının 2316.01 “Кimyəvi кinetika və каtaliz” və 2303.01 – “Qeyri-üzvi Kimya” ixtisasları üzrə “Polimetilferrosen/poliimetilferri­si­nium sistemlərində elektron mübadilə reaksiyalarının kinetikasının tədqiqi və onlar əsasında yeni elektrokimyəvi müqayisə elektrodunun hazırlanması” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə institutun bir neçə laboratoriyasının uyğun ixtisasçıları iştirak etmişlər.

Elmi rəhbər:          k.e.d., dosent, İltifat Urşan oğlu Lətifov

Elmi məsləhətçi:   akademik Dilqəm Bəbir oğlu Tağıyev

Dissertasiya işinin təqdimatından və rəyçilər k.ü.f.d., dos. Faiq Məmmədov və k.ü.f.d. Ulduz Məmmədovanın çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır.

Sonda dissertant  İbrahimova Nigar Ziya qızının dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmnışdır.

 

JURNALLAR
Faydalı linklər