Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir.
Okt 22, 2021 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2538 dəfə

Oktyabrın 22-də akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti - 7-ci iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verdi. O cümlədən, təklif etdi ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır.

İclasda 2306.01- Üzvi kimya, 2314.01- Neft kimyası, 3303.01- Kimya texnologiyası və mühəndisliyi və 2391.01- Nüvə kimyası ixtisasları üzrə 10 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda onlardan 4-ü Kimya Elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi. Bir neçə dissertasiya mövzusu isə adlarının dəyişdirilməsi və korrektə olunmaq məqsədilə müraciət edən təşkilatların Elmi şuralarında yenidən müzakirə olunmağa tövsiyyə edildi.

JURNALLAR
Faydalı linklər