Xəbərlər
Foto
AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir.
Okt 21, 2021 | 17:13 / Konfranslar, iclaslar
Oxunub 2973 dəfə

21.10.2021-ci il tarixində AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvündən 13 üzvü (distant və əyani formada) iştirak etmişdir. İclasda AMEA Gəncə Bölməsinin doktorantı Alverdiyev İsfəndiyar Cavid oğlunun 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Mis və gümüşün p2 elementlərlə xalkogenidlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda dissertasiya işininin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi , praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın akad. M.Nağıyev adına KQüKİ-nin laboratoriya müdiri kimya elmləri doktoru, professor İxtiyar Bəxtiyarlı; AMEA-nın Naxçıvan bölməsinin “Təbii Ehtiyatlar İnstitutu”nun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyev; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, kimya elmləri doktoru Hüseyn Qurbanov; Bakı Dövlət Universitetinin “Ümumi və qeyri-üzvi kimya” kafedrasının professor əvəzi, kimya elmləri doktoru Nağı Yaqubov iş haqqında rəylərini bildirdilər. Dissertasiya işinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçının elmi məsləhətçisi Məhəmməd Babanlı iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

  

JURNALLAR
Faydalı linklər