Xəbərlər
Kimyaçılar nanoelektronika üçün yeni növ material əldə etdilər
Okt 13, 2021 | 10:32 / Maraqlı məlumatlar
Oxunub 99 dəfə

Yunanıstan və Fransadan olan elm adamları, Moskva Dövlət Universitetinin Kimya Fakültəsi və professor Dmitri İvanov başda olmaqla Rusiya Elmlər Akademiyası (REA) Kimya Fizikası Problemləri İnstitutu (KFİ)-dan olan həmkarları ilə birlikdə nanokompozitlərin alınması üçün yeni bir üsul hazırlayaraq, polimerlər və qrafen əsasında  materiallar əldə etdilər. Alınan kompozitlər optoelektronika üçün çox perspektivlidir.

Araşdırma mega-qrant çərçivəsində aparıldı və nəticələr məqalə şəklində Polymers jurnalında nəşr edildi.

2010-cu ildə qrafenin kəşfinə görə rus alimlərinə fizika üzrə Nobel mükafatı təqdim edildikdən sonra qrafen təkcə elm sahəsində  deyil, bununla heç bir əlaqəsi olmayan bir çox insanlar arasında da ən çox müzakirə olunan materiallardan biri oldu. Bu gözlənilən idi, çünki bir atom qalınlığında iki ölçülü karbon təbəqəsi olan qrafen yüksək davamlılığa və keçiriciliyə malikdir və bir çox sənaye və elmi sahələr üçün maraqlıdır.

JURNALLAR
Faydalı linklər