Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Okt 06, 2021 | 11:23 / Nəşrlər
Oxunub 2582 dəfə

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev və institutun əməkdaşları İltifat Lətifov, Qəzənfər Cəfərov və Nigar İbrahimovanın “Electrochemical reversibility of Me6Fc/Me6Fc+PF6– and Me8Fc/Me8Fc+PF6– redox systems in acetonitrile” məqaləsi Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan Journal of Electrochemical Science and Engineering-də dərc olunmuşdur.

Məqalə qeyri-su mühitində istifadə oluna bilən elektrokimyəvi müqayisə elektrodunun hazır-lanması məqsədilə iki yeni redoks sistemin – heksametilferrosen/heksametilferrisinium Me6Fc/ Me6Fc+ və oktametilferrosen/oktametilferrisinium Me8Fc/Me8Fc+ sistemlərinin tsiklik voltamper-metriya üsulu ilə elektrokimyəvi tədqiqinə həsr olunmuşdur. Tsiklik voltammoqrammaların təhlili nəticəsində göstərilmişdir ki, heterogen fazada MenFc/MenFc+ (n = 6, 8) sistemlərində baş verən elektron mübadilə reaksiyası diffuziya ilə məhdudlaşmış birelektronlu dönən prosesdir və bu redoks sistemlərin yarımdalğa potensialı elektrod potensialları diapazonunda əlverişli sahədə yerləşir. Bununla da sübut edilmişdir ki, hər iki sistem IUPAC tərəfindən müqayisə elektrodlarına qoyulan təlabatlara tam cavab verir və onlar hazırda müqayisə elektrodu kimi tətbiq edilən ferrosen-ferrisinium sistemindən daha perspektivli sistemlərdir. Məqalədə həmçinin yarımdalğa potensialının və diffuziya əmsalının qiymətlərinin dəyişməsinin səbəbləri metil qruplarının elektron və faza qarşılıqlı təsirləri ilə izah edilmişdir.

Nigar Z. Ibrahimova, Gazanfar M. Jafarov, Dilgam B. Tagiyev and Iltifat U. Lyatifov. Electrochemical reversibility of Me6Fc/Me6Fc+PF6– and Me8Fc/Me8Fc+PF6– redox systems in acetonitrile. J. Electrochem. Sci. Eng. 11(4) (2021) 221-225; http://dx.doi.org/10.5599/jese.1032

JURNALLAR
Faydalı linklər