Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Okt 04, 2021 | 13:12 / Nəşrlər
Oxunub 1659 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları -k.e.d., prof. Akif Əliyev və k.ü.f.d. dossent Vüsalə Məcidzadənin məqaləsi Web of ScienceScopus beynəlxalq bazalarına daxil olan jurnalda dərc olunmuşdur. 

Məqalə elektronika, elektrotexnika və kompüter texnologiyası sahəsində geniş tətbiq olunan Ni-Bi-Se nazik təbəqələrinin sintezinə həsr edilmişdir. Proses zamanı əvvəlcə nikel elektrod səthinə elektrokimyəvi üsulla Bi-Se birləşməsi çökdürülmüş, sonra bu birləşmənin 673K-da termik işlənməsi ilə üçlü birləşmə Ni3Bi2Se2 əldə edilmişdir. Ni3Bi2Se2 birləşməsinin əmələ gəlməsi XRD nəticələri ilə təsdiqlənmişdir. Alınan birləşmələrin fotokimyəvi xüsusiyyətləri qaranlıq və işığın təsiri ilə, 100 nA sabit cərəyanda 0-600 saniyə ərzində araşdırılmış və n- tip keçiriciliyə malik, fotohəssas yarımkeçirici olduğu müəyyən edilmişdir. 

Vusala Asim Majidzade, Akif Shikhan Aliyev. Electrodeposition of Ni3Bi2Se2 Thin Semiconductor Films. Iranian Journal of Chemistry and Chemical Engineering, 2021, V. 40, Issue 4, serial Number 108, p. 1023-1029. 10.30492/IJCCE.2020.43334

https://www.ijcce.ac.ir/article_43334.html?__cf_chl_managed_tk__=pmd_bZDTkEAI0KUw0fVTiyF4QNkv3No81Nnt_P1._MR_Uxc-1633337763-0-gqNtZGzNArujcnBszRal

JURNALLAR
Faydalı linklər