Xəbərlər
Foto
KQKİ-də "Qeyri üzvi kimya" ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Sen 30, 2021 | 14:28 / Konfranslar, iclaslar
Oxunub 2641 dəfə

30.09.2021-ci il tarixində AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantı İbrahimova Fidan Samir qızının 2303.01 “Qeyri-üzvi kimya” ixtisası üzrə «Ag-AIV(Ge,Sn,Pb)-Se və Ag-Pb-Te sistemlərində faza tarazlıqlarının termodinamikası və 3D modelləşdirilməsi» mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işininin təqdimatı olmuşdur. Dissertantın elmi rəhbəri k.e.d., prof Asif Məmmədovdur.

Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d., prof. Fuad Sadıqov və k.ü.f.d., dos. Fidail Cəlaləddinovun çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Sonra dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər