Xəbərlər
Foto
Kataliz və Qeri-üzvi Kimya İnstitutuna cari ildə qəbul olunmuş magistrlərlə görüş keçirilmişdir.
Sen 30, 2021 | 10:42 / Konfranslar, iclaslar
Oxunub 2933 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistraturasına cari ildə qəbul olunmuş magistr və onların elmi rəhbərləri ilə institutun baş direktoru, akademik Dilqəm Tağıyev görüş keçirmişdir. Görüşdə akademik magistrlərə öz tövsiyələrini vermiş, onlara oxuduqları təhsil dövründə məsuliyyətli olmalarını, bütün diqqətlərini məşğul olduqları elm sahəsini mənimsəməyə və dissertasiya mövzusu üzrə tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirməyi məsləhət gördü. Eyni zamanda Dilqəm Tağıyev müasir dövrdə elmə yiyələnmək, dünya elminə inteqrasiya etmək və gələcəkdə doktoranturada təhsillərini davam etdirmək üçün ingilis dilinin yüksək səviyyədə mənimsənilməsinin vacib olduğunu onların diqqətinə çatdırdı. Akademik yaxşı təhsil alan magistrlərin gələcəkdə doktaranturada təhsillərini davam etdirmələri üçün institutumuzda hər cür şəraitin yaradıldığını söylədi.

Sonda, akademik magistrlərin disertasiya işi üzrə elmi rəhbərlərinə tələbkar olmalarını, gənclərdə elmə həvəsi artırmağı, onların müvafiq laboratoriyalarda elmi-tədqiqat işlərinin aparılması üçün hər cür şəraitin yaradılmasını tapşırdı.

Qeyd edək ki, 2021/2022-ci tədris ili üzrə Kataliz və Qeri-üzvi Kimya İnstitutunun magistraturasına 3 ixtisaslaşma üzrə 9 magistrant qəbul olunmuşdur.

JURNALLAR
Faydalı linklər