Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitunun Elmi Şurasının iclası keçirilmişdir.
Sen 23, 2021 | 14:57 / Konfranslar, iclaslar
Oxunub 2989 dəfə

07 sentyabr 2021-ci il tarixində Kataliz və Qeyri – üzvi Kimya Institutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə 2020-ci ilin planına əsasən 2021- ci il üçün doktoranturaya fəlsəfə doktoru hazırlığı üzrə qəbul olunanların təsdiqi, 2021-ci ildə İnstitutun magistraturasına qəbul olunanların elmi rəhbər, mövzu və sillabuslarının təsdiqi, “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının böyük elmi işçisi k.ü.f.d. Samirə Məmmədovanın “Müasir farmakokimyada polimer vektorlar” adlı monoqrafiysının açıq çapa təqdimatı, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının 70 illik yubileyinin keçirilməsi haqqında və s. məsələlər daxil edilmişdir.

İclası açıq elan edən AMEA-nın birinci vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev doktoranturaya qəbul olunanlar haqqında məlumat verərək bildirdiki, bu il institutun doktoranturasına kimya texnologiyası və mühəndisliyi ixtisası üzrə 2, makromolekullar kimyası ixtisası üzrə 1 nəfər qəbul olunub. Qəbul olunan doktorantların elmi rəhbərləri və dissertasiya işlərinin mövzuları müzakirələrdən sonra təsdiq olunub.

Növbəti məsələ barəsində danışaraq akademik Dilqəm Tağıyev bildirdi ki, cari ildə institutun magistraturasına qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz, kompozisiya materialları kimyası ixtisasları üzrə 9 nəfər qəbul olunub. Akademik qeyd etdi ki, doktorant və magistrlərə təklif olunan mövzular aktual olmalı və institutun prioritet istiqamətlərinə uyğun olmalıdır. Müzakirələrdən sonra yeni qəbul olunan magistrantların elmi rəhbər, mövzu və sillabusları təsdiq olundu.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi.

JURNALLAR
Faydalı linklər