Xəbərlər
“Ağıllı” işıq- duod (LED ) paneli Aurora hər hansı bir formada yığıla bilər
Noy 03, 2016 | 12:54 / Maraqlı məlumatlar
Oxunub 5854 dəfə

Çox rəngli işıq-duod (LED) sistemləri bizim həyatımızda getdikcə daha çox istifadə olunur. Ənənəvi lampalarla müqayisədə LED fənərləri enerjini daha səmərəli istifadə edir və uzun qulluq müddətini nümayiş etdirir. Bundan əlavə  bir çox LED sistemləri simsiz nəzarət üsulları və ya ümumi internet sisteminə qoşulmaq imkanı kimi bir çox əlavə funksiyalara malikdirlər. Napoleaf şirkətinin işçilərinin dedikləri kimi, LED panellərinin yeni sisitemi ənənəvi işıq mənbələri çatmayan şəxslər üçün, xüsusi ilə yaradıcı insanlar üçün nəzərdə tutulmuşdur. Divarda yeni LED panellərini quraşdırmaq üçün panellərdən başqa heç bir şey lazım deyil. Bu yeniliyin dalında iki tərərfli montaj lenti var, bu isə öz növbəsində onu hər hansı bir səthə bərkitmək imkanı verir. Aurora sisteminin əsas xüsusiyyəti onun dəyişik olmasıdır ki, bu da öz növbəsində 30 panelin birgə birləşdirilməsinə imkan verir. Bu zaman enerji, sistemdə olan panellərin hər hansısına verilə bilər, ondan isə, elektrik cərəyanı qalan bütün elementlərə çatdırılır. Sistemi quraşdırdıqdan sonra, istifadəçi hər bir paneli ayriliqda  mobil qoşma ilə Android  və İOS üçün qura bilər.  Tədqiqatçıların dediyi kimi, Auroranı işıqlandırılmasını Apple-dan olan “ağıllı” köməkçi Siri və ya Amazon Alexa səs əmrlərinin köməyi ilə idarə oluna bilər. Sistemi 200$ qiymətində əldə etmək olar. Bu qiymətə olan dəstə 9 işıq-duod (LED) panel və onların işləməsi üçün lazım olan hər şey daxildir.

JURNALLAR
Faydalı linklər