Xəbərlər
İngilis alimlərdən ŞOK İDDİA: 7 pillə geriləmə var
İyl 29, 2021 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1631 dəfə

İngilis alimləri koronavirusun başqa bir gözlənilməz nəticəsini tapıblar.

Məşhur “Lancet” jurnalında xəstəliyin zəka səviyyəsində azalmaya səbəb olduğuna dair bir araşdırma yayımlanıb.

Ötən ilin yanvar-dekabr ayları arasında tədqiqat iştirakçıları (İngiltərənin təxminən 80 min sakini) “Great British Intelligence Test” zəka testindən keçib. Testin sualları arasında xəstəliklə də bağlı suallar olub. Tədqiqat nəticəsində məlum olub ki, xəstəxanaya yerləşdirilənlər arasında qəbul edilmiş IQ test sistemində 7 pillə geriləmə var.

Xəstəliyi yüngül keçirənlər daha az əziyyət çəksə də, testlərin öhdəsindən onlar da gələ bilməyib. Üstəlik, xəstəlik zamanı itirilən intellekt zamanla bərpa olunmur. Yeri gəlmişkən, bu, bir xəstəlikdən sonra beyin funksiyasının pozulmasına dair ilk nəticə deyil.

Daha əvvəl koronavirusun şizofreniya, şiddətli depressiya, Alzheymer və Parkinson xəstəliyinə səbəb ola biləcəyi irəli sürülmüşdü.

JURNALLAR
Faydalı linklər