Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Apr 28, 2021 | 10:35 / Nəşrlər
Oxunub 108 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, professor Akif Əliyev, aparıcı elmi işçi Əsmət Əzizova, böyük elmi işçi Vüsalə Məcidzadə və elmi işçi Samirə Cəfərovanın AMEA-nın Fizika İnstitutunun əməkdaşları ilə birgə məqaləsi Web of ScienceScopus beynəlxalq bazalarına daxil olan jurnalda dərc olunub.

Məqalə elektrokimyəvi çökmə üsulu iləsulu elektrolitlərdən n-tip keçiriciliyə malik MoS2 nazik təbəqələrinin sintezinə, alınan təbəqələrin bəzi elektrik və fotoelektrokimyəvi xüsusiyyətlərinin müasir analiz üsulları (rentgen difraksiyası, skanəedici elektron mikroskopiyası və Raman spektroskopiyası) ilə tədqiqinə həsr olunmuşdur. Alınan təbəqələrin Volt-amper xarakteristikası,temperaturdan asılı olaraq elektrik keçiriciliyi ölçülmüş, temperatura həssaslıq əmsalı (B = 16 376 K), elektrik müqavimətinin temperatur əmsalı (400  -də α = 0.182 K– 1), (500 K-də α = 0.095 K– 1) və qadağan olunmuş zonasının eni (Eg = 1.41 eV) hesablanmışdır.

Alınmış nəticələr onu göstərir ki, nazik MoS2 təbəqələri yüksək fotoelektrokimyəvi xüsusiyyətlərə malikdir və onlar günəş enerjisinin çevrilməsi prosesində istifadə edilə bilərlər.

V. A. Majidzade, S. F. Jafarova, I. Kasimogli, Sh. O. Eminov, A. Sh. Aliyev, A. N. Azizova, D. B. Tagiyev. Electrical and Photoelectrochemical Properties of Thin MoS2 Films Produced by Electrodeposition. Inorganic Materials, 2021, V. 57, p. 331–336 https://doi.org/10.1134/S0020168521040105

JURNALLAR
Faydalı linklər