Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Mart 15, 2021 | 10:30 / Nəşrlər
Oxunub 2148 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, professor Akif Əliyev, böyük elmi işçi Vüsalə Məcidzadə, kiçik elmi işçi Sevinc Cavadovanın məqaləsi Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan “Russian Journal of Applied Chemistry jurnalında dərc olunub.

Tədqiqat işi elektrokimyəvi üsulla çökdürülən Bi2Se3 nazik yarımkeçirici təbəqələrinin tərkibinə, keyfiyyətinə elektrolitin və elektroliz şəraitinin təsirinin öyrənilməsinə həsr edilmişdir. Aparılan tədqiqatlara əsasən elektrokimyəvi çökmə üsulu ilə stexiometrik tərkibli Bi2Se3 nazik yarımkeçirici təbəqələrinin çökdürülməsi üçün optimal elektrolit tərkibi və elektroliz rejimi seçilmişdir. Qeyd edək ki, Bi2Se3 əsasında alınan nazik təbəqələr termoelektrik və optoelektronik cihazlarda, istilik nasoslarında, kiçik elektron cihazlarda, infraqırmızı sensorlarda və s. müvəffəqiyyətlə tətbiq edilə bilərlər.

Majidzade V.A., Javadova S.P., Aliyev A.S., Tagiyev D.B. Effect of Major Factors on the Composition of Thin Bi2Se3 Films. Russ J Appl Chem. 94, 38–42 (2021). https://doi.org/10.1134/S1070427221010067

JURNALLAR
Faydalı linklər