Xəbərlər
Novosibirsk kimyaçıları tamamilə bərk halda olan bir elektrokimyəvi cihaz yaratdılar
Mart 12, 2021 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2272 dəfə

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Bərk Cisimlər Kimyası və Mexanokimya İnstitutunun alimləri REA-nın SB-nin A.V Nikolaev adına Qeyri-üzvi Kİmya İnstitutunun mütəxəssisləri ilə birlikdə yüksək keçiriciliyə malik kompozit bərk elektrolit aldılar. O, cərəyan təsiri altında olanda  parçalanmaya məruz qalmır və 200° C-yə qədər olan temperaturda sabit qalır.

“Bu, son dərəcə məsaməli bir quruluşdur. Biz onun məsamələrinə litium duzunu (litium perxlorat) yerləşdirdik və alınan kompozitin xassələrini tədqiq etdik. Məqsəd litium ionlarına görə yüksək keçiriciliyə malik bərk halda olan kompozit elektrolit əldə etmək idi”. Bu fikri kimya elmləri namizədi qeyri-taraz bərk fazalı sistemlər laboratoriyasının baş elmi isçişi Artem Serqeebiç Ulixin belə izah edir. (REA, SB-nin  Bərk Cisimlər Kimyası və Mexanokimya İnstitutu)

Daha ətraflı https://scientificrussia.ru/articles/novosibirskie-himiki-sozdali-polnostyu-tverdotelnoe-elektrohimicheskoe-ustrojstvo

JURNALLAR
Faydalı linklər