Kataliz və Qeyri-üzvi Kimya İnstitutu müsabiqə elan edir
Fev 17, 2021 | 12:00 / Konfranslar, iclaslar
Fev 17, 2021 | 12:00 / Konfranslar, iclaslar
Oxunub
2117 dəfə
AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.
Vakant yerlər müəssisənin Funksional qeyri-üzvi maddələrin termodinamikası, Metal-klatrat birləşmələr, o cümlədən Mineral sorbentlər laboratoriyalarının elmi işçisi vəzifəsinin hər birinə bir yerdir.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində təqdim edilməlidir.
Ünvan: AZ 1143, Bakı şəhəri, H.Cavid prospekti, 113
Tel.: (+994 12) 539 38 71