Xəbərlər
AMEA Qadınlar Şurasının üzvü tvinninq-müzakirələrdə iştirak edib
Fev 04, 2021 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 2116 dəfə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ötən ilin sentyabr ayından Avropa İttifaqının maliyyə dəstəyi, Litva və Avstriyadan müvafiq qurumların tərəfdaşlığı ilə yeni tvinninq layihə reallaşdırmağa başlayıb.

“Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin  imkanlarının gücləndirilməsi” adı altında həyata keçirilən tvinninq layihənin məqsədi məişət zorakılığı qurbanlarının hüquqi baxımdan müdafiəsi və dəstəklənməsini gücləndirməkdir. Layihənin əsas vəzifələrindən biri də “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tam icrası və məişət zorakılığının kriminallaşmasını önləmək üçün gərəkən səmərəli hüquq siyasəti mühiti formalaşdırmaqdır.

Layihənin litvalı ekspertlərinin iştirakı ilə bu sahədəki mövcud vəziyyəti öyrənmək məqsədi ilə onlayn müzakirə keçirilib. Müzakirələr Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsində məişət zorakılığının kriminallaşmasını önləmək baxımından boşluqlar və mümkün düzəlişlər ətrafında olub.

Onlayn tvinninq-müzakirələrdə Azərbaycan tərəfi AQUPDK, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, BDU və AMEA nümayəndələri təmsil ediblər. Tədbirdə AMEA Qadınlar Şurası sədrinin müavini, AMEA üzrə gender əlaqələndirici Mahrux Nəcəfli də iştirak edib.

JURNALLAR
Faydalı linklər