Xəbərlər
“Microsoft Teams” platforması üzərindən distant təhsil alanlara növbəti töhvə
Yan 06, 2021 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 1731 dəfə

Təhsil Nazirliyinin çağırışına çevik cavab verən lider mobil operator distant təhsili daha da əlçatan edib

Artıq “Azercell” abunəçiləri distant dərslərə daha rahat qatılacaq. “Azercell Telekom” MMC Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək pandemiya dönəmində “Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri “Təhsil” internet paketi ilə sevindirir.

“Azercell” “Təhsil” internet paketi çərçivəsində “Microsoft Teams” tətbiqindən bütün əməliyyat platformalarında və istənilən veb-brauzerdə eksklüziv şərtlərlə yararlanmaq imkanı verir. Beləliklə, “Azercell” abunəçilərinə bu tətbiqdən istifadə etmək üçün 10 GB həcmində interneti gündə cəmi 0,70 AZN-ə, 100 GB həcmində interneti isə ayda cəmi 9,90 AZN-ə təklif edir. Günlük paketə qoşulmaq üçün “tehsil1” açar sözünü, aylıq internet paketi üçün isə “tehsil30” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir. Həmçinin internet paketləri “Azercell”in çoxfunksional “Kabinetim” tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.

Qeyd edək ki, “Təhsil” internet paketindən “Azercell”in bütün fiziki şəxs statusuna malik abunəçiləri yararlana bilər.

Əlavə məlumat üçün bu səhifəyə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

JURNALLAR
Faydalı linklər