Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn formada davam etdirilir
Noy 26, 2020 | 11:00 / Təhsil
Oxunub 3507 dəfə

Koronavirus pandemiyası ilə əlaqədar Respublikada elan olunmuş karantin dövrünün tələblərinə uyğun olaraq Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir. “Fiziki kimya”, Qeyri-üzvi kimya”, “Kompozisiya materiallar kimyası”, “Yüksək molekullu birləşmələr kimyası”,”Kimyəvi kinetika və kataliz” və “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslarında təhsil alan I və II kurs magistrantlara tədris planlarında nəzərdə tutulan “Kimyanın tarixi və metodologiyası " fənnindən professor Özbək Əliyev, “Nano kataliz” fənnindən professor Vaqif Əhmədov, “Kimyanın müasir problemləri” fənnindən professor Asif Məmmədov, "Polimer mühitdə sintez edilmiş nanoölçülü hissəciklər katalizdə" fənnindən kimya üzrə elmlər doktoru Nizami Zeynalov, “Neft-kimya proseslərinin sistemli analizi və kompüter modelləşdirilməsi” fənnindən dosent Qoşqar Əliyev, "Polimer mineral əsaslı hybrid nano kompozitlər” fənnindən dosent Ülviyyə Məmmədova və "Kimyada hesablama metodları və proqramlaşdırma" fənnindən  dosent Manaf Manafov tərəfindən dərslər onlayn rejimdə tədris olunmuşdur.

JURNALLAR
Faydalı linklər