Xəbərlər
“Сопряженные реакции в контексте современных идей” adlı kitab işıq üzü görüb.
Noy 19, 2020 | 12:48 / Yeni nəşrlər
Oxunub 276 dəfə

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə müdiri Tofik Nağıyevin “Сопряженные реакции в контексте современных идей” adlı kitabı işıq üzü görüb.

Monoqrafiyada mürəkkəb reaksiyalarda bütün mümkün olan reaksiyalararası qarşılıqlı təsirlərin mövcudluğu və onlardan bir qisminin kimyəvi interferensiya ideyası altında təhlili göstərilmişdir. Kimyəvi interferensiya zamandan asılı sinxronlaşmış şəkildə gedən reaksiyalarda reaksiyalar arası qarşılıqlı təsirin (koherentliyin) yaranmasını göstərir. İnterferensiya anlayışı özündə reaksiyaların qarşılıqlı sürətlənməsi və zəifləməsi dinamikasını təsbeh edir. Bu aspekdə göstərilir ki, xüsusi hal olaraq qoşulmuş reaksiyalara koherent-sinxronlaşmış reaksiyalar baxımından yanaşıla bilər.

Makroskopik səviyyədə mürəkkəb kimyəvi sistemlərdə reaksiyalararası qarşılıqlı təsirin müasir yanaşma ilə kinetik təhlilindən bəhs edən bu monoqrafiya kimyəvi kinetikaya yeni töhvələr verə bilər.

Т.М.Нагиев. Сопряженные реакции в контексте современных идей. Баку, 2020, 208 стр.

JURNALLAR
Faydalı linklər