Xəbərlər
Kimyaçılar yanacaq qurğuları üçün elektrolit materialının quruluşunu öyrənmişlər
Noy 10, 2020 | 11:52 / Maraqlı məlumatlar
Oxunub 2220 dəfə

Ural Federal Universitetinin alimləri dəyişdirici qatqılardan (dopantlardan)  istifadə edərək BaLaInO4-də oksigen-ion və proton nəqlini asanlaşdırdılar. Bu birləşmə bərk oksid yanacaq hüceyrələri üçün  elektrolit kimi perspektivlidir.

 Dəyişdirici qatqıların  (dopantların) istifadəsinin effektivliyi maddənin quruluşundan asılıdır. Bu tədqiqatda  alimlər dəyişdirici qatqıların BaLaInOəsaslı birləşmələrin quruluşuna təsirini araşdırdılar.Alimlər  stronsium, barium, titan və niobium kimi kimyəvi elementlərin atomlarından  dopant kimi istifadə edərək, bərk faza metodu ilə sintez zamanı maddələr  aldılar.

Nəticədə alimlər müəyyən etdilər ki, dəyişdirici qatqıların istifadəsi  elementar qəfəsin genişlənməsinə səbəb olsa da  bu zaman quruluş çox az dəyişir.

Beləliklə oksigen ionlarının və protonların daşınması asanlaşır və ion keçiriciliyi artır. Eyni zamanda, maddənin elektrolitik xassəsi artır.

Tədqiqatın nəticələri məqalə şəklində “ Journal of Raman spectroscopy”-də  dərc olunmuşdur. Bu iş Rusiya Federasiyası Prezidentinin gənc alimlər üçün verdiyi bir qrant ilə dəstəklənmişdir (No MK-24.2019.3).

JURNALLAR
Faydalı linklər