Xəbərlər
Şuşadan sonra Prezidentdən müjdə: 71 kənd, 1 qəsəbə...
Noy 09, 2020 | 20:00 / Mühüm hadisələr
Oxunub 1118 dəfə

Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində yazıb.

Prezident eyni zamanda Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərinin, Bartaz qəsəbəsinin, Bartaz strateji yüksəkliyinin (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyinin (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyin, Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı kəndlərinin də işğaldan azad edildiyini yazıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev 23 kəndin işğaldan azad edildiyini yazmışdı.

JURNALLAR
Faydalı linklər