Xəbərlər
Yeni anti-xərçəng agenti xərçəng hüceyrələrini öldürür və immuniteti artırır
Noy 05, 2020 | 10:53 / Maraqlı məlumatlar
Oxunub 2329 dəfə

Sisplatin, karboplatin və oksaliplatin kimi platin antixərcəng dərmanları müxtəlif şişləri müalicə etmək üçün dünyada aktiv şəkildə istifadə olunur. Yüksək effektivliyinə baxmayaraq, bu cür kimyəvi terapiya güclü yan təsirlərlə malikdirlər. Güclü ağır ürək bulanması, qusma və immunitetin azalması. Bu ona görədir ki, klassik platin preparatlar tez böyüyən xərcəng hüceyrələrinə hücum edəndə, eyni zamanda dərini, sümük iliyi və selikli mədə-bağırsaq hüceyrələr kimi tez bölünən sağlam toxumalar da zədələyir.
Sinqapur Milli Universiteti və Hong Kong City Universitetindən üç kimyaçıdan ibarət bir qrup, yalnız xərçəng hüceyrələrini öldürmək deyil, həm də şiş əleyhinə immuniteti aktivləşdirə bilən yeni platin əsaslı xərçəng dərmanı hazırladılar. Məqalə prestijli jurnal olan Angewandte Chemie International Edition-da dərc olundu və jurnalın ön səhifəsində yayıldı.

Daha ətraflı rus bölməsində

JURNALLAR
Faydalı linklər